AZ

“Azərbaycanda olan Rusiya vətəndaşları təxribatlardan qorxmamalıdırlar”

ain.az, Missiya.az portalına istinadən məlumat yayır.

“Azərbaycanda olan Rusiya vətəndaşları təxribatlardan qorxmamalıdırlar, lakin nəsə baş verərsə, dərhal Rusiya Xarici İşlər Nazirliyinə müraciət etməlidirlər”.

Missiya.Az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Svetlana Jurova deyib.

"Əgər siz hər şeyi qanuni şəkildə edirsinizsə, o zaman hansı sualları verirsiniz? Mən bilmirəm, əgər onlar layiqli, normal insanlardırsa, niyə onlara qarşı hər hansı təxribat olmalıdır", - deyə siyasətçi vurğulayıb.

Jurova eyni zamanda onlara daha diqqətli olmağı tövsiyə edib.

"Bizim jurnalistləri onlar indi nədə ittiham edəcəklər? Düşünürəm ki, dövlət səviyyəsində çox ciddi qarşıdurmalar olacaq", - deyə deputat əlavə edib.

Daşqın HəsənovMissiya.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
7
50
missiya.az

10Mənbələr