AZ

Rusiya Azərbaycanın internet şəbəkəsinə müdaxilə edə bilər — Hansı tədbirlər görülməlidir?

"Rəqəmsal təhlükəsizlik milli təhlükəsizlik məsələsidir. Azərbaycanın internet infrastrukturu hələ də əsasən Rusiyadan asılıdır.  Həqiqətən, təbii və süni siyasi gərginliyin fonunda real təhlükələr yaranır. 
Birinci, trafik diversifikasiyası zərurəti yaranır. Türkiyə və Qaradəniz marşrutları strateji əhəmiyyət daşıyır. Kritik dövlət və media strukturları üçün alternativ internet bağlantıları qurulmalıdır".

Bu sözləri Demokrat.az-a açıqlamasında İT mütəxəssisi Natiq Məmişov deyib. 

O bildirib ki, kritik infrastruktur elan olunmalıdır:

"Məsələn, qurumlarda daxili iş planları, daxili təlimlər keçirilir. Azərbaycan Telekom və digər magistral operatorların koordinasiyalı işləməsi vacibdir. Bizdə isə belə bir koordinasiya yoxdur.

Milli informasiya təhlükəsizliyi üzrə fövqəladə və ciddi çağırış düşünülməlidir. İkinci olaraq isə bu məsələ hüquqi çərçivədə qiymətləndirilməlidir. Əgər bu addımlar sektorda sürətli və səmərəli tədbirlərin görülməsinə səbəb olacaqsa, o zaman ciddi şəkildə nəzərdən keçirmək olar. Yox əgər olmayacaqsa, bu da bir sual işarəsidir".

Onun sözlərinə görə, trafikə süni müdaxilə, bloklama, filtrasiya, fiziki magistral xətlərə zərər, trafikə manipulasiya və yönləndirilməsi kimi risklər reallıqlardır:

"Bu riskləri azaltmaq üçün yeganə yol internet magistrallarının diversifikasiyasıdır. Bu nədir? 

Məsələn, Türkiyə–Gürcüstan xətti gücləndirilməli, Qaradənizin dibi ilə çəkilən fiber-optik xəttin istifadə olunması tam təmin olunmalıdır. İran və Rusiya üzərindəki asılılıq kəskin şəkildə azaldılmalıdır".

Qeyd edək ki, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, milli informasiya təhlükəsizliyi üzrə fövqəladə vəziyyət elan olunmalıdır.


Əfsanə Kamal
Demokrat.az
Seçilən
21
50
demokrat.az

10Mənbələr