AZ

Qəzalı vəziyyətdə olan yollarla bağlı məsələlər dərhal nəzarətə götürülməlidir AÇIQLAMA

ain.az bildirir, Demokrat.az portalına istinadən.

"Bu cür hadisələr elə həddə çatıb ki, sosial gündəm halını alır. İnsanlar ilk növbədə özləri ehtiyatlı olub, təhlükəsizlik qaydalarına əməl etməlidirlər. Belə hallarla rastlaşdıqda dərhal aidiyyatı üzrə qurumlara müraciət etmək lazımdır".Bu sözləri Demokrat.az-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov deyib. O bildirib ki, ən böyük məsuliyyət aidiyyatı üzrə qurumların mətbuat xidmətləri üzərinə düşür:"Mətbuat xidmətləri  məsuliyyəti birbaşa üzərlərinə çəkməlidirlər ki, insanlarımız qaydalara əməl etsinlər. Mətbuat xidmətləri tərəfindən sosial şəbəkələrdə yayılan qəzalı yol görüntüləri dərhal nəzarətə götürməlidir, məsələ araşdırılmalıdır. Bunlar hər biri qarşılıqlı təmas çərçivəsində həll olunacaq məsələlərdir".Qeyd edək ki, asfaltın çökməsi ilə gəncin ölümünə səbəb olan qəzadan sonra təhlükəli halda olan yolların videolarını paylaşmaq sosial mediada trend halına gəlib. Əfsanə Kamal

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
3
50
demokrat.az

10Mənbələr