AZ

İsrailin İrana hücumlarında 36 məktəbə ziyan dəyib

Bakı. Trend:

İsrailin İrana 12 günlük hərbi hava hücumları nəticəsindətamamilə dağıdılan binaların ətrafında yerləşən 36 orta məktəbəziyan dəyib.

Trend-inməlumatına görə, bunu İranın Təhsil və Təlim Nazirliyinin sözçüsüƏli Fərhadi yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, ziyan dəyən məktəblərin 35-i təmir olunub.Bir məktəb isə ciddi şəkildə dağıldığına görə əsaslı təmirəehtiyaclıdır.

Fərhadi deyib ki, İsrailin İrana hücumları nəticəsində 30məktəbli və 7 müəllim ölüb.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi havazərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəlihərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəlirəsmilər ölüb.

Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı iləİsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərəyüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu damülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

Xatırladaq ki, 22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi havahücumları edib. Hava hücumları nəticəsində İranın nüvəobyektlərinin məhv edildiyi qeyd olunub.

Əlavə edək ki, 23 iyun axşam saatlarında İran ABŞ-nin Qətərdəkihərbi bazasına hava zərbələri endirib.

24 iyunda İsrail baş nazirinin ofisi İsrail hökumətinin ABŞprezidenti Donald Trampın vasitəçiliyi ilə İranla atəşkəsərazılaşdığını elan edib.

İranın Ali Milli Təhlükəsizlik Şurası da bəyanat yayaraqhücumların dayandırıldığını qeyd edib.

Məqalədə:
Seçilən
9
27
az.trend.az

10Mənbələr