AZ

Bu gündən Naxçıvanda ölkə üzrə mərkəzləşmiş qaydada müəllimlərin işə qəbul müsabiqəsinə start verilib

İyulun 3-dən Naxçıvanda ölkə üzrə mərkəzləşmişm qaydada  müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanları mərhəsinə start verilib.

Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbin nəzdində fəaliyyət göstərən İmtahan Mərkəzində keçilən imtahanın birinci gününün ilk seansında  Azərbaycan dili, texnologiya, təsviri incəsənət ixtisasları üzrə 81 namizəd iştirak edib. 

Qeyd edək ki, muxtar respublikanın  təhsil müəssisələrində  vakant olan vəzifələr müəllimlərin işə qəbulu  müsabiqəsinin qeydiyyat prosesindən öncə  Nazirliyin sosial şəbəkə hesablarında  elan olunub. 

Müsabiqəyə  Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələri üzrə beş 500-dən  artıq vəzifə çıxarılıb və vakant vəzifələrə 1785 namizəd müraciət edib. 

Xatırladaq ki, test imtahanları bu gün də daxil olmaqla, 4, 8-10 iyul tarixlərində təşkil ediləcək.

Müəllimlərin işə qəbulu  imtahanı ümumilikdə 100 ballıq sistemlə hesablanacaq. İxtisas üzrə suallar 2 bal (40 sual), tədris metodikası üzrə suallar isə 1 bal (20 sual) ilə qiymətləndiriləcək. İxtisas üzrə suallarda 1 səhv 0.5 bal, tədris metodikası üzrə suallarda 1 səhv cavab isə 0.25 bal şəklində hesablanacaq.

Məlumat üçün bildirək  ki, test imtahanı üzrə ümumitəsil proqramı üzrə 34 bal və tədris metodikası üzrə minimum 6 bal olmaqla, 40 bal və daha artıq yüksək nəticə göstərən namizədlər vakant yerlərin seçiminə buraxılır.

 

Seçilən
3
50
xalqqazeti.az

10Mənbələr