ain.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ukraynanın Azərbaycandakı səfiri Yuriy Husyev ANAMA-nın sədri Vüqar Süleymanov ilə görüşüb.
APA xəbər verir ki, bu barədə səfir sosial mediada paylaşım edib.
Bildirilib ki, görüşdə Ukrayna və Azərbaycan arasında humanitar minatəmizləmə sahəsində əməkdaşlığın əsas istiqamətləri müzakirə olunub.
Səfir Ukraynaya göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib.
“Bir neçə il əvvəl Azərbaycan Respublikasının Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin ehtiyacları üçün bizə təhvil verdiyi və bu il onun üçün əlavə zəruri ehtiyat hissələri dəstini təqdim etdiyi “Revival-P” minatəmizləmə maşınının uğurla istismarı barədə məlumat verdim”, - səfir qeyd edib.
Onun sözlərinə görə, görüşdə bu sahədə əməkdaşlığın dərinləşdirilməsi üçün gələcək praktiki addımlar barədə razılığa gəlinib.
“Azərbaycanlı tərəfdaşlara birgə işləməyə və təcrübə mübadiləsi aparmağa hazır olduqlarına görə minnətdarıq”, - diplomat vurğulayıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.