AZ

Avropa ABŞ qoşunlarının çıxarılmasına hazırlaşır | VİDEO

AzVision.az xəbər verir ki, mənbələrə istinad edən “Euractiv” portalı belə məlumat yayıb.

“NATO-nun Avropadakı müttəfiqləri alyansın ABŞ qoşunlarının qitədəki potensial azaldılmasına necə cavab verəcəyi ilə bağlı özəl hazırlıqlar görürlər”,- portalın dərc etdiyi materialda deyilir.

Portalın məlumatına görə, Avropa ABŞ prezidenti Donald Trampın Asiyaya və ya Yaxın Şərqə göndərilə biləcək 10 mindən 20 minədək hərbçinigeri çəkmək niyyətində olduğuna əmindir. Bu gün Avropadakı Amerika kontingenti təxminən 80 min nəfərdir.

“Euractiv” həmçinin, NATO-nun avropalı üzvlərinin uzun illər ərzində ABŞ Silahlı qüvvələrini əvəz edə bilməyəcəyini vurğulayır.

Hələ martın əvvəlində öz mənbələrinə istinad edən “The Washington Post (WP)” qəzeti ABŞ-nin Avropadan 20 minə qədər hərbçini çıxaracağını yazmışdı. Onda NATO diplomatlarından biri ABŞ qoşunlarının Avropadan çıxarılmasına “təəccüblənməyəcəyini” bildirmişdi.

Avstriyanın “Exxpress” qəzeti isə Avropa ölkələrinin prezident Donald Trampın ABŞ qoşunlarını qitədən çıxarmaq planından təşvişə düşdüklərini vurğulamışdı.


Sahil İsgəndərov
AzVision.az
Seçilən
7
37
azvision.az

10Mənbələr