İsrail İran və Suriya məsələləri ilə bağlı Rusiya ilə gizli diplomatik görüşlər keçirib.
Publika.az xəbər verir ki, bu barədə məlumatı İsrailin dövlət televiziyası KAN yayıb.
Məlumata görə, İsrail rəhbərliyi İranda əldə edilən atəşkəsdən təxminən bir həftə sonra Rusiya ilə gizli təmaslara başlayıb. Məqsəd İran və Suriya ilə bağlı diplomatik həll yollarını müzakirə etməkdir.
İsrailin Moskvaya vasitəçilik təklifi ilə müraciət etdiyi, Rusiyanın isə bu təklifi dəyərləndirdiyi bildirilir. Danışıqların detalları açıqlanmayıb.
Həmçinin qeyd olunur ki, İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə ABŞ-a səfər edərək, İran məsələsini müzakirə etmək üçün prezident Donald Trampla görüşməyi planlaşdırır.