AZ

İsrail mediasından Rusiya ilə bağlı sensasion iddia

İsrailin dövlət televiziyası KAN-ın yaydığı məlumata görə, Tel-Əviv rəhbərliyi İran və Suriya ilə bağlı diplomatik həll yollarını müzakirə etmək məqsədilə yüksək səviyyəli Rusiya rəsmiləri ilə təmaslarını davam etdirir.

Editor.az xəbər verir ki, məlumata əsasən, İsrail Rusiya tərəfindən İranla İsrail arasında vasitəçilik təklifi irəli sürüldükdən və tərəflər arasında atəşkəs əldə olunmasından təxminən bir həftə sonra Moskva ilə təmasa keçib.

Lakin, görüşlərin detalları barədə əlavə informasiya verilməyib.

//Samir Qurbanov, Editor.az

Seçilən
37
50
editor.az

10Mənbələr