Bakı. Trend:
ABŞ ordusu İranın Fordo nüvə obyektinə endirilən zərbəni İsrailMüdafiə Ordusu (SAXAL) ilə koordinasiyalı şəkildə həyata keçirib,lakin əməliyyatın təşəbbüskarı birbaşa ABŞ olub.
Trend xəbərverir ki, bu barədə SAXAL-ın nümayəndəsi Avixay Edri məlumatyayıb.
"Fordo obyektinə atəş açılması ABŞ ordusunun əməliyyatı idi.Şübhəsiz ki, bu, İsrail Müdafiə Ordusu ilə koordinasiyaçərçivəsində həyata keçirilib, lakin əməliyyat tam şəkildə ABŞ-yəməxsusdur", - deyə o bəyan edib.
Xatırladaq ki, İsrail 13 iyun gecəsi İrana qarşı hərbiəməliyyata başlayıb. Təxminən bir sutkadan sonra İran cavabzərbələri endirib. Sonrakı günlərdə də tərəflər qarşılıqlı olaraqbir-birini atəşə tutmağa davam ediblər. İyunun 22-də ABŞ dəmünaqişəyə qoşularaq İsfahan, Fordo və Natanzdakı nüvə obyektlərinibombalayıb. İyunun 23-də Tehran ABŞ-nin Yaxın Şərqdə ən böyük hərbihava bazası olan Qətərdəki "Əl-Udeyd" bazasına raket zərbəsiendirib. Daha sonra ABŞ Prezidenti Donald Tramp İsrail və İranınatəşi tamamilə dayandırmağa razılaşdıqlarını bəyan edib. İyunun24-də atəşkəs qüvvəyə minib.