İtaliyanın “Yuventus” klubu yay transfer pəncərəsində hücum xəttini gücləndirməyə çalışır.
90deqiqe.Az xəbər verir ki, Turin təmsilçisi azad agent statusu qazanan kanadalı forvard Conatan Davidin transferini başa çatdırmağa yaxındır.
O, Fransanın “Lill” klubu ilə müqaviləsinin başa çatmasından sonra sərbəst qalıb.
Bundan əlavə, “Yuventus” cinah oyunçusu almaq niyyətindədir. Son günlər klub ilə “Mançester Yunayted”in futbolçusu Ceydon Sanço arasında müsbət təmaslar baş tutub.
Xatırladaq ki, 25 yaşlı vinger ötən mövsüm “Çelsi”də icarədə çıxış etdikdən sonra “Mançester Yunayted”ə geri dönüb. “Transfermarkt” portalı Sançonun dəyərini 28 milyon avro olaraq qiymətləndirir.