AZ

Cəlilabadda fərdi yaşayış evi YANDI

Cəlilabad rayonunun Ocaqlı kəndində yanğın hadisəsi qeydə alınıb.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, kənd sakini Məhərrəm Əhmədova məxsus fərdi yaşayış evi qəfildən alovlanıb.
 

Hadisə yerinə Cəlilabad və Göytəpə yanğından mühafizə hissələrinin texnikası və şəxsi heyəti cəlb olunub.


Yanğın qısa müddətdə söndürülərək nəzarətə götürülüb. Nəticədə evin bir hissəsi yanaraq yararsız hala düşüb.

Hadisə zamanı xəsarət alanlar barədə hələlik məlumat yoxdur. Yanğının başvermə səbəbi araşdırılır.

Sabutay, Bizim.Media, Cənub bürosu

Seçilən
28
36
bizim.media

10Mənbələr