AZ

Gəncədə 1 yaşlı uşaq vəfat etdi Açıqlama

Medicina saytından verilən məlumata görə, ain.az xəbər verir.

Gəncədə 1 yaşlı uşaq xəstəxanada vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, Şəmkir rayon sakini 2024-cü il təvəllüdlü A. Məhərrəmov Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə aparılsa da, orada ölüb.

Uşağın hansı səbəbdən öldüyü araşdırılır.

TƏBİB-dən bildirilib ki, iyulun 1-i saat 07:00 radələrində 2024-cü il təvəllüdlü (kişi cinsli) azyaşlı Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.

Ona bağırsaq parezi, toksiki şok sindromu, qastroenterit və koliklər diaqnozu təyin edilib.

Göstərilən bütün reanimasion tədbirlərə baxmayaraq, saat 11:20 radələrində ölüm faktı qeydə alınıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
28
icma.az

10Mənbələr