AZ

Gəncədə evdə partlayış nəticəsində xəsarət alanların vəziyyəti məlum olub - FOTO - YENİLƏNİB

Bu gün saat 16:00 radələrində 1958-ci il təvəllüdlü şəxs (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z. Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Bildirilib ki, ona hər iki əlin, yuxarı və aşağı ətrafın və sifətin l və ll dərəcəli termiki yanığı diaqnozu təyin edilib.

Pasiyent ixtisaslı tibbi yardımın göstərilməsi üçün Kliniki Tibbi Mərkəzin nəzdində olan Toksikologiya Mərkəzinə təxliyə olunub.

***

16:22

Gəncədə evdə partlayış olub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərdə evdə qeydə alınıb. Partlayışdan sonra yanğın olub.

Şəhər sakini 1958-ci il təvəllüdlü Ş.Musayev yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Yanğın FHN-in qüvvələri tərəfindən söndürülüb.

Fakt araşdırılır.

Gəncədə Gəncədə Gəncədə Gəncədə Gəncədə Gəncədə Gəncədə
Seçilən
14
13
apa.az

10Mənbələr