Bu gün saat 16:00 radələrində 1958-ci il təvəllüdlü şəxs (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z. Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
TƏBİB-dən bildirilib ki, ona hər iki əlin, yuxarı və aşağı ətrafın və sifətin l və ll dərəcəli termiki yanığı diaqnozu təyin edilib.
Pasiyent ixtisaslı tibbi yardımın göstərilməsi üçün Kliniki Tibbi Mərkəzin nəzdində olan Toksikologiya Mərkəzinə təxliyə olunub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta