AZ

Maksim Medvedev "Qarabağ"a baş məşqçi təyin edilib

"Qarabağ"ın əvəzedici komandasının baş məşqçisi müəyyənləşib.

Apasport.az xəbər verir ki, bu post Maksim Medvedevə tapşırılıb.

Rəhbərlik onun uzun müddət kluba göstərdiyi xidməti və son bir ildə U-14 komandasında məşqçi kimi fəaliyyətini nəzərə alaraq, əvəzedici komandanın baş məşqçisi vəzifəsinə təyin etmək qərarına gəlib.

Futbolçu karyerasını bütünlüklə “Qarabağ”a həsr edən 35 yaşlı mütəxəssis son bir ili U-14 komandasının məşqçisi kimi keçirib.

Qeyd edək ki, “Qarabağ” akademiyasının yetirməsi olan Maksim Medvedev 2006-2024-cü illərdə əsas komandanın formasını geyinib. O, “Qarabağ”ın heyətində ən çox oyun keçirən futbolçudur.

Toqolu futbolçu "Zirə"də

Millimizin üzvü Qırğızıstan klubunda

İqor Ribeyro rəsmən "Neftçi"də

“Qarabağ” Avstriyaya yollanıb - FOTO

2 iyul - Beynəlxalq İdman Jurnalistləri Günüdür

Seçilən
2
50
apasport.az

10Mənbələr