AZ

Bombardmanla İranın nüvə sənayesini məhv etmək mümkün olmayacaq – Vitse-prezident

Bombardmanla İranın nüvə sənayesi və nüvə texnologiyasını məhv etmək mümkün olmayacaq.

Olaylar.az-ın məlumatına görə, bunu İranın vitse-prezidenti və Atom Enerjisi Təşkilatının sədri Məhəmməd Eslami bu gün Tehranda Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə verdiyi açıqlamada deyib.

Onun sözlərinə görə, nüvə sənayesi və texnologiyası İranda yerli sənaye sektoruna çevrilib.

Eslami bildirib ki, İranın nüvə proqramı və nüvə sənayesi daha güclü şəkildə davam etdiriləcək.

Eslami deyib ki, İrana edilən hücum BMT nizamnaməsinə ciddi zərbə idi.

Qeyd edək ki, İran İsrailin 12 günlük hərbi hava hücumlarında İranda 3,5 min yaşayış binasına ziyan dəydiyini açıqlayıb.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəli rəsmilər ölüb. Elə həmin günün axşamı, İran "Doğru Vəd III" əməliyyatı ilə İsrailə cavab verib.

22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi hava hücumları edib. Hava hücumları nəticəsində İranın nüvə obyektlərinin məhv edildiyi qeyd olunub.

Əlavə edək ki, 23 iyun axşam saatlarında İran ABŞ-nin Qətərdəki hərbi bazasına hava zərbələri endirib.

24 iyunda İsrail baş nazirinin ofisi İsrail hökumətinin ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə İranla atəşkəsə razılaşdığını elan edib.

İranın Ali Milli Təhlükəsizlik Şurası da bəyanat yayaraq hücumların dayandırıldığını qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
17
50
olaylar.az

10Mənbələr