AZ

Peskov: RF İstintaq Komitəsinin sədri Azərbaycanın baş prokuroru ilə daimi əlaqə saxlayır

Moskva, 2 iyul, AZƏRTAC

Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin Yekaterinburq və Bakıda rezonans doğuran işlərlə bağlı problemli məsələləri müzakirə etmək üçün Azərbaycanın baş prokuroru Kamran Əliyevlə daimi əlaqə saxlayır.

AZƏRTAC xəbər verir ki, bu sözlərin brifinq zamanı Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Onun sözlərinə görə, tərəflər “problemli görünən məsələlərlə məşğul olurlar”.

"Hazırda Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin Azərbaycanın baş prokuroru ilə daimi əlaqə saxlayır, bu təmaslar zamanı onlar problemli görünən məsələlərlə məşğul olurlar", -deyə Peskov bildirib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Seçilən
26
4
azertag.az

10Mənbələr