AZ

Rusiya İstintaq Komitəsi sabiq nəqliyyat naziri Roman Starovoytun ölümünü təsdiqləyib

Moskva, 7 iyul, AZƏRTAC

Rusiyanın sabiq nəqliyyat naziri Roman Starovoyt Moskva vilayətinin Odintsovo şəhərində ölü tapılıb.

AZƏRTAC-ın məlumatına görə, Rusiya İstintaq Komitəsinin nümayəndəsi Svetlana Petrenko bildirib ki, Starovoytun meyiti Odintsovo şəhər dairəsinin ərazisində şəxsi avtomobilində aşkar edilib. Rusiya İstintaq Komitəsinin Moskva vilayəti üzrə Baş İstintaq İdarəsinin istintaq orqanları zəruri tədbirlər həyata keçirir, hadisənin bütün halları araşdırılır. Başlıca versiya kimi intihar ehtimalı nəzərdən keçirilir.

Roman Starovoyt iyulun 7-də Rusiya Prezidentinin sərəncamı ilə istefaya göndərilmişdi. O, 2024-cü ilin may ayından etibarən Nəqliyyat Nazirliyinə rəhbərlik edirdi.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Seçilən
4
4
azertag.az

10Mənbələr