"Sabah"ın Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi "Selye" növbəti transferini gerçəkləşdirib.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Paytaxt təmsilçisi "Nafta"dan Darko Hrkanı heyətinə qatıb. 25 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
Xatırladaq ki, "Sabah"la "Selye" arasında ilk görüş iyulun 10-da Bakıda, cavab matçı isə iyulun 17-də Sloveniyada olacaq.