AZ

Sabah ın rəqibi yeni transferini açıqlayıb

Cebheinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Sabah"ın UEFA Avropa Liqasının I təsnifat mərhələsində rəqibi olan "Sele" klubu heyətinə yeni futbolçu qatıb.

"Cebheinfo.az" klubun rəsmi saytına istinadən xəbər verir ki, Sloveniya təmsilçisi yarımmüdafiəçi Andrey Kotniklə anlaşıb.

29 yaşlı oyunçunun müqaviləsinin müddəti 2025/2026 mövsümünün sonunadək nəzərdə tutulub. O, son olaraq Çində "Dalian Kun Siti"nin formasını geyinib.

Qeyd edək ki, "Sabah" və "Sele" arasında ilk oyun iyulun 10-da "Bank Respublika Arena"da, saat 20:00-da start götürəcək. Cavab görüşü iyulun 17-də, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

"Cebheinfo.az"

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
10
18
cebheinfo.az

10Mənbələr