"Sabah"ın UEFA Avropa Liqasının I təsnifat mərhələsində rəqibi olan Sloveniyanın "Sele" klubu heyətinə yeni futbolçu qatıb.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, ölkə təmsilçisi yarımmüdafiəçi Andrey Kotniklə anlaşıb.
29 yaşlı oyunçunun müqaviləsi 2025/2026 mövsümünün sonunadək nəzərdə tutulub. O, son olaraq Çində "Dalian Kun Siti"nin formasını geyinib.
Qeyd edək ki, "Sabah" və "Sele" arasındalə ilk oyun iyulun 10-da "Bank Respublika Arena"da, saat 20:00-da start götürəcək. Cavab görüşü iyulun 17-də, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.