"Rusiya ilə Azərbaycan arasında yaranan siyasi böhranın davam etməsi gözlənilir. Rusiya Cənubi Qafqazda geosiyasi mövqeləri zəifləyir. Rusiya ikinci Qarabağ müharibəsində imzalanan 10 noyabr "Birgə Bəyannaməsi" regionda qalıcılığını planlaşdırırdı. Artıq 10 noyabr "Birgə Bəyannaməsi" qüvvədən düşüb". "Olaylar" xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib: "Rusiya Xəzər dənizində Azərbaycana qarşı təxribatlara əl ata bilər. Qeyd edim ki, "Orta dəhliz" Xəzər dənizindən keçir. Təbii k, burada Çinin geosiyasi maraqları da təhdid edilə bilər. Rusiya Azərbaycana tam təzyiqlər etmək və regionda qalmaq üçün Ermənistanda N. Paşinyanın devrilməsi üçün maksimum çalışacaq. Azərbaycana təzyiqlər daima Ermənistan üzərindən olub. Rusiya Kilsə və müxalifətdən istifadə edərək hakimiyyəti yıxmağa çalışır. Rusiyanın Ermənistanda qalib gəlmək şansları yoxdur. Xalqda bilir ki, Rusiyanın dəstəklədiyi qüvvələrin hakimiyyətə gəlişi Azərbaycanla müharibə deməkdir. Ermənistan Baş nazirinə Rusiyanin sui-qəsd etməsi istisna deyil".Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31