Banco.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Müəllif: Gülnar Əhmədli, Banco.az
Portuqaliya bu ilin yanvar-may aylarında Azərbaycandan 310 milyon 369 min dollar dəyərində neft idxal edib. Bu, illik müqayisədə 84 milyon 962 min dollar və ya 37,7% çoxdur.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə Portuqaliyanın idxal etdiyi neftin həcmi isə 576 min 34 ton olub. Bu da ötən ilin eyni dövrünə nisbətən 64,7% artım deməkdir.
Qeyd edək ki, ötən 5 ayda Portuqaliya Azərbaycandan ən çox neft alan 4-cü ölkə olub. Yanvar-may aylarında İtaliya Azərbaycanın xam neft ixrac etdiyi əsas ölkə olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.