Finss.az - Bu ilin ilk 5 ayı ərzində Azərbaycandan 12,8 milyon ABŞ dolları dəyərində 18,1 min tondan çox şəkər ixrac edilib.
Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) hesabatında qeyd olunub.
Məlumata görə, 2024-cü ilin eyni dövrü ilə müqayisədə şəkər ixracının dəyəri 30,1% və ya 2,9 milyon dollar, həcmi isə 41,7% və ya 5,4 min ton artıb.
Cari ilin yanvar-may aylarında şəkər ixracının ümumi ixracdakı xüsusi çəkisi 0,12%, qeyri-neft sektorunun ixracında isə 0,91% təşkil edib.
İxracdakı bu artım yerli istehsal imkanlarının genişlənməsi və xarici bazarlarda tələbin yüksəlməsi ilə əlaqələndirilir.