AZ

“Əl Hilal”ın futbolçularına “Mançester Siti” ilə oyundakı qələbəyə görə böyük məbləğdə pul mükafatı verilib

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakı, 2 iyul, AZƏRTAC

Klublararası dünya çempionatının 1/8 final mərhələsində İngiltərənin "Mançester Siti" komandasına əlavə vaxtda 4:3 hesabı ilə qalib gələn Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun futbolçularına böyük məbləğdə pul mükafatı verilib.

AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, oyunçuların hər biri 2 milyon Səudiyyə rialı (təxminən 452 min avro) alıblar.

Matçdan sonra klub prezidenti Fahad bin Nafel paltardəyişmə otağına gedərək futbolçuları şəxsən təbrik edib.

Qeyd edək ki, bu qələbə sayəsində "Əl-Hilal" turnirin 1/4 final mərhələsinə vəsiqə qazanıb. Komanda iyulun 4-də Braziliya təmsilçisi "Fluminense" ilə qarşılaşacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
7
50
azertag.az

10Mənbələr