AZ

Fənər Mourinyonun istədiyi oyunçunu daimi əsasda transfer edir

Footbal-plus portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Kolumbiyalı hücumçu Con Duranı Türkiyəyə gətirməklə bu yayın ilk hay-küylü keçidinə imza atan ''Fənərbaxça'' daha bir transferi bitirməyə yaxındı. Fabritsio Romanonun xəbərinə görə, klub rəsmiləri Milan Şkrinyarın daimi əsasda transferi üçün danışıqlar prosesini başa çatdırmağa yaxındılar. ''Fənərbaxça'' ilə PSJ arasındakı danışıqlar artıq son mərhələyə qədəm qoyub və qarşıdakı günlərdə bu transferin rəsmən açıqlanacağı gözlənilir. Joze Mourinyo rəhbərlikdən bu futbolçunun nəyin bahasına olursa olsun komandada qalmasını tələb edib. Bilindiyi kimi Şkrinyar ötən mövsümün ikinci dövrəsini icarə əsasında İstanbul nəhəngində keçirsə də, müqavilə ilə parislilərə məxsusdu. Təcrübəli slovakiyalı müdafiəçi illik 12 milyon avro tələb etsə də, sonradan məbləği aşağı endirməyə razı olub. ''Fənər'' ona illik maksimum 9 milyon avro maaş və üçillik müqavilə təklif edib. Şkrinyar ilə İtaliya və İngiltərə klubları da maraqlanır. Amma ona ən sərfəli təklifi məhz ''sarı-lacivərdlilər'' irəli sürüb. Ona görə də onun təklifi qəbul edəcəyi gözlənilir. Amma klublar arasında anlaşmanın detalları hələlik bəlli deyil. Qeyd edək ki, yanvarın 30-da ''Fənər''ə gələn Şkrinyar bu klubda 23 rəsmi oyuna çıxaraq aktivinə 3 qol, 2 məhsuldar ötürmə ötürmə yaza bilmişdi.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
7
13
icma.az

10Mənbələr