Footbal-plus portalından alınan məlumata görə, ain.az xəbər verir.
Klublararası Dünya Çempionatında pley-offun 3-cü günü böyük sürprizlərə səhnə oldu."Football-plus.az" xəbər verir ki, əvvəlcə ''Fluminense'' gözlənilmədən ''İnter''i 2 cavabsız qolla mübarizədən kənarlaşdıraraq adını 1/4 finala yazdırdı.Braziliyalıların rəqibi ''Mançester Siti'' ilə ''Əl-Hilal''ın duelində bəlli oldu. Xosep Qvardiolanın komandası təbii ki, aşkar favorit sayılırdı. Hər kəs ''şəhərlilər''in növbəti mərhələyə adlayacağını düşünürdü. Amma Simone İnzaqinin çalışdırdığı Səudiyyə Ərəbistanı nəhənginin bu mövzuda öz fikirləri var imiş. Hərçənd fasiləyə İngiltərə nəhəngi öndə yollandı. Bernardo Silvanın erkən qolundan sonra heç nə sürprizdən xəbər vermirdi. Amma ikinci hissə başlayan kimi ''Əl-Hilal'' qısa müddət ərzində 2 qol vurmağı bacardı. Düzdü, komandanın üstünlüyü çox çəkmədi və Holann hesabı 2:2 etdi. Əsas vaxt bu hesabla bitdiyindən əlavə vaxt oynanıldı. Qol şousu yenə davam etdi və nəticədə ''Əl-Hilal'' 4:3 hesablı tarixi bir qələbə qazandı. Qvardiola məşqçi karyerasında ilk dəfə Klublararası Dünya Çempionatında məğlubiyyət acısı yaşadı. Buna qədər onun çalışdırdığı klublar - ''Barselona'', ''Bavariya'' və ''Siti'' bu turnirdə keçirdiyi 11 oyununu hamısından qələbə ilə ayrılmışdı! Özü də bu klublar ümumilikdə 38 qol vurduqları halda öz qapılarından cəmi 4 top buraxmışdılar. Yəni Qvardiolanın kollektivləri buna qədər ümumilikdə 4 top buraxmışdısa, bu dəfə 120 dəqiqəyə eyni sayda qol buraxdı. İnzaqi isə 3-cü cəhddən nəhayət, ''Siti'' üzərində qələbə qazandı. Maraqlıdı ki, o, ''İnter''lə bacarmadığını ''Əl-Hilal'' ilə bacardı. Təcrübəli mütəxəssis ''neradzurra''nın başında həm 2023-cü ildə Çempionlar Liqasının finalında (0:1), həm də ötən il ÇL-in əsas mərhələsində (0:0) ''Siti''yə qarşı qola və qələbəyə həsrət qalmışdı. Beləliklə, ya ''Fluminense'', ya da ''Əl-Hilal'' KDÇ-nin yarımfinalında iştirak edəcək!
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.