"Qalatasaray" Viktor Osimhenə görə bütün transfer əməliyyatlarını dayandırıb.
Offsideplus.az xəbər verir ki, nigeriyalı hücumçu "sarı-qırmızılar"dan yekun cavabını bildirmək üçün möhlət istəyib.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
İstanbul klubu transfer büdcəsinin böyük hissəsini Osimhen üçün xərcləməyi düşünür. Əgər bu keçid baş tutmasa, onda "Qalatasaray" digər oyunçuları heyətinə qatmaq üçün danışıqları sürətləndirəcək.
Qeyd edək ki, "sarı-qırmızılar" bonuslarla birlikdə nigeriyalı futbolçuya illik 26 milyon avro məvacib ödəməyə hazırdır.
Onların gündəmində Osimhen başqa "İnter"in futbolçusu Hakan Çalhanoğlu və "Çelsi"nin qapıçısı Corce Petroviç də var.