Tanınmış futbolçu Radamel Falkao “Millonarios”dan ayrılıb.
Apasport.az xəbər verir ki, bu barədə Kolumbiya klubunun mətbuat xidməti məlumat yayıb.
39 yaşlı futbolçu ilə başa çatan müqavilənin yenilənmədiyi bildirilib. Falkao 2024-cü ilin iyunundan bu klubda çıxış edirdi. O, “Millonarios”un heyətində ümumilikdə 29 oyunda 11 qol vurub.
Daha çox “Porto”, “Atletiko” və “Monako”dakı çıxışı ilə tanınan Kolumbiya millisinin sabiq üzvü 2019-2021-ci illərdə “Qalatasaray”da da forma geyinib.
"Beşiktaş"da yeni müqavilə - RƏSMİ
Kriştianu Ronaldo: "Buna inana bilmirəm"
"Əl-Hilal"dan Hakana şok təklif – İllik 20 milyon avro!
Jotanın həyatını itirdiyi qəza yerindən - VİDEO
"Milan" "Beşiktaş"a "yox" dedi - 15 MİLYON AVRO İSTƏYİR