Bakı. Trend:
Xəbər verdiyimiz kimi, elm və təhsil naziriEmin Əmrullayev çıxışlarından birində qeyd edib ki, məktəblərdə Çindili tədrisini tətbiq etmək istəyirlər.
Maraqlıdır, Azərbaycan məktəbləri Çin dili üçünhazırdırmı və bu dili tədris edəcək kifayət qədər kadrvarmı?
Mövzu ilə bağlı Trend-ə danışan Azərbaycan Dövlət PedaqojiUniversitetinin Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzininrəhbəri Kamran Əsədov bildirib ki, AzərbaycandaÇin dilinin məktəblərdə tədrisinə başlanılması ilə bağlı verilmişqərar qlobal siyasi-iqtisadi meyillərlə uyğunluq təşkil etsə də,mövcud təhsil sisteminin real imkanları bu addımın tətbiqinə hələhazır olmadığını göstərir:
“Təhsil sistemində yeni bir xarici dilin – özü də struktur vəfonetika baxımından kəskin fərqlənən bir dilin tətbiqi təkcə siyasiiradə ilə deyil, kadr, metodika və infrastruktur baxımındankompleks hazırlıqla həyata keçirilməlidir. Hal-hazırda Azərbaycandanə müəllim hazırlığı sistemi, nə də kurikulum səviyyəsində Çindilinin keyfiyyətli və sistemli tədrisinə imkan verən təməl bazamövcuddur.
Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 6-cımaddəsinə əsasən, təhsil sistemində milli və ümumbəşəri dəyərlərininteqrasiyası, həmçinin beynəlxalq əməkdaşlıq prinsipləri təminedilməlidir. Bu müddəa kontekstində Çin dilinin tədrisinəbaşlanılması qlobal əmək bazarına inteqrasiyanın bir forması kimiizah oluna bilər. Lakin elə həmin qanunun 9.1-ci maddəsinə görə,dövlət təhsil müəssisələrində təhsil Azərbaycan dilində həyatakeçirilməlidir, başqa dillər yalnız müvafiq fənn kimi tədris ediləbilər. Bu isə göstərir ki, Çin dili yalnız əlavə və ya seçmə xaricidil statusu ilə sistemə daxil ola bilər. Onun əsas və ya paraleltədris dili kimi tətbiqi qanunvericiliyə uyğun deyil”.
Onun sözlərinə görə, hazırda ölkədə Çin dili üzrə ixtisaslaşmışmüəllim sayı çox azdır:
“Azərbaycan Dillər Universiteti və Bakı Dövlət Universitetinəzdində məhdud sayda tələbə Çin dili ixtisası üzrə təhsil alır.2024-cü il üzrə rəsmi məlumatlara görə, ölkədə Çin dilini peşəkarsəviyyədə bilən və pedaqoji təcrübəsi olan şəxslərin sayı 15 nəfərikeçmir. Bu kadr bazası ölkədəki 4400-dən çox ümumtəhsil məktəbiüçün qətiyyən kifayət deyil. Əlavə olaraq, Çin dili üzrə ixtisaslımüəllimlərin çoxu ali təhsil və ya tərcümə sahəsində çalışır,məktəb mühitinə uyğunlaşmaq və kurikulum tətbiqi sahəsindətəcrübəyə malik deyillər. Bu isə tədris keyfiyyətində ciddiçatışmazlıqlara səbəb olacaq.
Dərslik və metodoloji baza da bu istiqamətdə zəifdir. HazırdaTəhsil Nazirliyi tərəfindən təsdiq edilmiş Çin dili dərsliyiyoxdur. Bu səbəbdən, Çin tərəfi ilə əməkdaşlıq çərçivəsində təqdimedilən Konfutsi institutlarının materiallarından istifadəplanlaşdırılır. Lakin bu vəsaitlər Çin ideoloji təsirini daşıyanməzmunlar olduğu üçün onların Azərbaycanda tətbiqi milli kurikulumauyğunlaşdırılmadan mümkün deyil. Mövcud dərs vəsaitləri fonetikçətinliklər, məna dərinliyi və sinqrafiya baxımından Azərbaycanlışagirdlər üçün ağır yükə çevrilə bilər”.
K.Əsədov qeyd edib ki, infrastruktur baxımından da Çin dilinintədrisinə uyğun şərait mövcud deyil.
“Bu dilin tədrisi üçün səsli-lüğət proqramları, fonetiklaboratoriyalar, tərcümə proqramları və interaktiv proqram təminatıtələb olunur. Lakin hazırda dövlət məktəblərinin 70 faizində bu cürtexniki imkanlar yoxdur. Xüsusilə region məktəblərindəlaboratoriya, interaktiv lövhə və multimedia resursları ciddişəkildə məhduddur. Bu isə yeni dilin yalnız kağız üzərindətətbiqini, praktikada isə formal yanaşmanı doğuracaq.
Müsbət tərəf ondan ibarətdir ki, Çin dili qlobal iqtisadi vətexnoloji məkanda getdikcə önəm qazanır. Çin Xalq RespublikasıAzərbaycanın mühüm ticarət tərəfdaşlarındandır və gələcəkdə bu ölkəilə əməkdaşlıq edən mütəxəssislərin hazırlanması üçün bu dilinöyrədilməsi faydalı ola bilər. Bu dilin bilik səviyyəsi beynəlxalqtəqaüd və təhsil proqramlarında (məsələn, Confucius InstituteScholarships, China Government Scholarship) iştirak üçün əlavəüstünlükdür. Həmçinin turizm, diplomatiya və texnoloji əməkdaşlıqsahələrində də Çinə bağlı ixtisaslaşma artmaqdadır.
Dünya təcrübəsi göstərir ki, Çin dili yalnız iqtisadi baxımdanÇinlə sıx əlaqəsi olan ölkələrdə, əsasən də Asiya və bir sıraAvropa ölkələrində tədris olunur. Məsələn, Almaniyada yalnız 26gimnaziyada Çin dili fənni tətbiq edilir və bu, könüllü əsasdaöyrədilir. Türkiyədə TÖMER və Konfutsi institutları ilə əməkdaşlıqçərçivəsində yalnız bəzi liseylərdə və universitetlərdə əlavəxarici dil kimi tədris olunur. Bu ölkələrdə Çin dili dərs kimidaxil edilməzdən əvvəl illərlə kadr hazırlığı həyata keçirilib vətədris materialları yerli kurikuluma uyğunlaşdırılıb”,- K.Əsədovvurğulayıb.
Onun sözlərinə görə, Azərbaycanın bu ölkələrlə müqayisədə Çindili ilə bağlı baza resursları çox zəifdir.
“Əgər bu sahədə islahat düşünülürsə, ilkin mərhələdə pilotməktəblərdə, yalnız Bakı və böyük şəhərlərdə, müvafiq infrastrukturvə ixtisaslı kadr təmin olunmaqla tətbiq edilməlidir. Paralelolaraq Çin dili müəllimi hazırlığı üçün pedaqoji ixtisaslaraçılmalı, xaricdə ixtisaslaşmış müəllimlərin ölkəyə cəlb olunmasımexanizmi hazırlanmalıdır. Tədris vəsaitləri yalnız Çin tərəfinintəqdim etdiyi kitablardan yox, Azərbaycanın milli dəyərləri vətəhsil strategiyası nəzərə alınmaqla hazırlanmalıdır.
Əgər Çin dili sistemə tələsik, əsaslandırılmamış və hazırlıqsızdaxil edilərsə, bu, təkcə vaxt və maliyyə itkisi deyil, həm dətəhsilin ciddiyyətinə xələl gətirəcək. Şagirdlərin motivasiyasıaşağı düşəcək, nəticələr formal və qeyri-effektiv olacaq. Bu halda,Çin dili sadəcə siyasi jestə çevriləcək və təhsil sistemində əlavəyük yaradacaq.
Bu prosesi uğurla reallaşdırmaq üçün ilk növbədə kadr hazırlığı,kurikulum inteqrasiyası və ictimai ehtiyaclar arasında balans təminedilməlidir. Əks halda bu təşəbbüs, digər səmərəsiz pilot layihələrkimi nəticəsiz qalacaq və təhsildə keyfiyyət deyil, görüntüüstünlük təşkil edəcək”- Kamran Əsədov əlavə edib.
Məsələ ilə bağlı Trend-ə danışan Təhsil İşçilərinin HəmrəyliyiAlyansının (TİHA) sədri, təhsil eksperti ƏmrahHəsənli isə bildirib ki, Elm və Təhsil NazirliyininAzərbaycanda Çin dilinin tədrisinə başlanılması ilə bağlı verdiyiaçıqlama əslində ölkənin qlobal təhsil və strateji əməkdaşlıqsiyasətinin bir hissəsi kimi qiymətləndirilməlidir:
“Bu təşəbbüs sadəcə dil tədrisi çərçivəsində deyil, eyni zamandaAzərbaycanın Çinlə iqtisadi, siyasi və mədəni əlaqələrinindərinləşdirilməsi məqsədini daşıyır. Məlumdur ki, bir neçə ay öncəAzərbaycan–Çin Birgə Universitetinin yaradılması ilə bağlı rəsmisəviyyədə danışıqlar aparılıb və bu təşəbbüs həmin prosesin tərkibhissəsi kimi görünür. Belə bir universitetin yaradılması təkcə alitəhsil müstəvisində deyil, gələcəkdə ümumi təhsil sistemində də Çindilinin daha sistemli şəkildə tətbiqinə zəmin yarada bilər.
Bununla belə, realist yanaşsaq, mövcud mərhələdə Azərbaycanməktəblərinin Çin dilinin tədrisinə tam hazır olduğunu deməkçətindir. Çünki bu sahədə əsas problemlərdən biri ixtisaslı kadrçatışmazlığıdır. Hazırda ölkəmizdə Bakı Dövlət Universiteti,Azərbaycan Dillər Universiteti kimi bir neçə ali məktəbdə Çin diliüzrə ixtisaslar mövcuddur, lakin bu proqramlardan məzun olanlarınsayı hələlik məktəb sisteminin ehtiyaclarını tam qarşılayacaqsəviyyədə deyil. Eyni zamanda, Çinlə əməkdaşlıq çərçivəsindəfəaliyyət göstərən Konfutsi İnstitutları mövcuddur, amma onlarınfəaliyyəti əsasən ali təhsil müstəvisində və fərdi maraq dairəsindəolan şəxslərlə məhdudlaşır”.
Ekspert qeyd edib ki, Çin dili spesifik və mürəkkəb yazısisteminə malik bir dildir:
“Onun tədrisi üçün sadəcə dil biliyi deyil, həm də həmin diliöyrətmək metodikasına yiyələnmiş, xüsusi hazırlıq keçmişpedaqoqlara ehtiyac var. Bu baxımdan, Çinli müəllimlərin ölkəyədəvət olunması, eyni zamanda yerli mütəxəssislərin Çinuniversitetlərində təhsil almağa göndərilməsi kimi addımlar busahədə olan boşluqları müəyyən qədər kompensasiya edə bilər. Digərtərəfdən, kurikulum və dərslik məsələsi də mühüm əhəmiyyət daşıyır.Çin dili üzrə dərsliklər və resurslar Azərbaycan təhsil sisteminəuyğunlaşdırılmadan tədris prosesi effektiv ola bilməz. Bu sahədəyeni və lokal kontekstə uyğun materialların hazırlanmasızəruridir”.
“Qeyd ediləsi digər bir məsələ isə texnoloji dəstəkdir. Çindilinin öyrədilməsi üçün rəqəmsal platformalar və interaktivproqramlar olduqca faydalıdır. Elm və Təhsil Nazirliyi bu sahədəbeynəlxalq platformalarla əməkdaşlıq etsə, tədris prosesi həmşagirdlər, həm də müəllimlər üçün daha cəlbedici və effektiv olabilər.
Ümumilikdə isə, Çin dilinin tədrisi təşəbbüsü çox doğru vəgələcəyə hesablanmış addımdır. Lakin bu istiqamətdə uğur qazanmaqüçün məsələ təkcə siyasi iradə və qərarla yekunlaşmamalıdır. Güclükadr potensialı, metodiki baza, pilot layihələrlə dəstəklənmişmərhələli tətbiq modeli və davamlı nəzarət sistemi olmadan bu cürtəşəbbüslər formal xarakter daşıya bilər. Ona görə də bu qərarstrateji baxımdan əhəmiyyətli olsa da, icra mərhələsində ciddipeşəkarlıq və koordinasiya tələb edir. Hazırda vəziyyəti “potensialvar, amma hazırlıq mərhələsi tələb olunur” kimi xarakterizə etməkdaha obyektiv olar”,- deyə ekspert fikirlərini tamamlayıb.