AZ

Rusiya Oreşnik raket sistemini bu ölkədə yerləşdirəcək

ain.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

2025-ci ilin sonuna kimi Rusiyanın "Oreşnik" raket sistemi Belarus ərazisində yerləşdiriləcək.

"Ölkə.az" xəbər veir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko məlumat verib.

"Biz Volqoqradda Putinlə razılaşdıq. Oreşnikin ilk mövqeləri Belarusda olacaq. Siz Oreşnikin işini görmüsünüz. İlin sonuna qədər bu silahlar Belarusda yerləşdiriləcək", - siyasətçi Belarusun Müstəqillik Günü münasibətilə keçirilən təntənəli iclasda çıxış edərkən deyib.

2024-cü il dekabrın 6-da Lukaşenko Rusiya Prezidenti Vladimir Putindən "Oresşikin" Belarus ərazisində yerləşdirilməsini xahiş edib. Belarus lideri vurğulayıb ki, Rusiya Federasiyasının rəhbərliyi müvafiq qərar qəbul edərsə, "Oreşnik"in məqsədləri Minsk tərəfindən müəyyən edilməlidir.

Putin raket sisteminin Belarusda yerləşdirilməsini mümkün adlandırıb və qeyd edib ki, onu quraşdırmazdan əvvəl bu sistemlərin minimum məsafəsini müəyyən etmək lazımdır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
19
50
olke.az

10Mənbələr