AZ

Çindən Azərbaycana yeni yük qatar marşrutu: Çin avtomobillərinin qiymətində dəyişiklik olacaqmı?

Çindən Azərbaycana yeni yüklərin daşınması üçün açılan dəmir yolu marşrutu ictimaiyyətdə maraq doğurub.

Xüsusilə avtomobil bazarındakı alıcıları bir sual maraqlandırır: "Bu marşrut Çin avtomobillərinin qiymətlərini ucuzlaşdıra bilərmi?"

Yeni dəmir yolu marşrutu ənənəvi dəniz yolu ilə müqayisədə yüklərin Bakıya çatdırılma müddətini 30 gün azaldacaq.

Avtomobil hissələri, mexaniki ləvazimatlar və digər malların yükləndiyi qatar Horqos terminalından Qazaxıstana, oradan da Xəzər dənizi vasitəsilə Bakıya çatacaq. Qatardakı bəzi yüklər Bakıdan Gürcüstan, Türkiyə və Serbiyaya göndəriləcək.

Yeni marşrut haqqında qeyd edək ki, qatar Çinin Horqos terminalından yola düşərək, Qazaxıstan ərazisindən keçərək Xəzər dənizi vasitəsilə Azərbaycana, xüsusilə də Bakıya gətiriləcək. Qatarın əsas yükü avtomobil hissələri, mexaniki ləvazimatlar və digər texniki mallardan ibarətdir.

Dəmir yolunun istifadəyə verilməsi Çin avtomobillərinin qiymətinə təsir edəcəkmi?

Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərli Operativ Media-ya açıqlama verib:

"Əslində bu tip hissə və ləvazimatlar artıq illərdir ki, müxtəlif yollarla Çindən Azərbaycana idxal olunurdu. Sadəcə yeni marşrut bu daşınmanı bir qədər daha sürətli və sabit edə bilər. Lakin bu qiymətlərin aşağı düşməsinə ciddi təsir göstərməyəcək."

Qeyd edək ki, Azərbaycanda Çin avtomobillərinin qiymətlərinin tənzimlənməsi daha çox rəsmi distribütorların qiymət siyasəti və vergi-rüsum tənzimləmələri ilə bağlıdır.

Seçilən
17
11
operativmedia.az

10Mənbələr