AZ

“Azərbaycanlı hücumçu bizim meydanda liderimiz olacaq”

Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Dinamo” yay fasiləsində ilk yoxlama oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Berlin təmsilçisi “Noyştrelits”i məhz həmyerlimizin yeganə qolu sayəsində 1:0 hesabı ilə məğlub edib.

Matçdan sonra fikirlərini bildirən Regional Liqa klubunun baş məşqçisi Dennis Kutrieb yeni futbolçulardan qurulan kollektiv olduqlarını xatırladıb.

O, yeni mövsümdə Dadaşovun üzərində böyük yük düşəcəyini söyləyib:

“Komandada yenidənqurma aparıldı, demək olar ki, heyətin 70-80 faizi dəyişilib. Az sayda futbolçu komandada qalıb ki, onların üzərinə çox iş düşəcək.

Xüsusən də, Rüfət Dadaşov bizim meydanda liderimiz olacaq. İnanıram ki, komandanı onun ətrafında formalaşdıra biləcək və növbəti mövsüm uğurlu nəticələr qazanacağıq.

“Noyştrelits”lə görüşdə bunu hiss etdim. 1:0 hesablı qələbə qazansaq da, daha böyük fərqlə qalib gələ bilərdik.

Oyundan-oyuna daha yaxşı çıxış edəcəyimizi düşünürəm”.

Rüfət Dadaşov 2023-cü ildən “Dinamo”nun formasını geyinir.

Seçilən
22
50
sportinfo.az

10Mənbələr