AZ

"Real" 1/4 finala yüksəldi

Madridin "Real" klubu "Yuventus"u 1:0 hesabı ilə məğlub edərək ABŞ-da keçirilən FIFA Klublararası dünya çempionatının 1/4 finalına yüksəlib.

"Report"un məlumatına görə, Mayami şəhərindəki "Hard Rock" stadionunda keçirilən qarşılaşmanı polyak Şimon Martsinyak idarə edib.

Yeganə qolu 54-cü dəqiqədə Qonsalo Qarsiya vurub.

Daha əvvəl 1/4 final mərhələsinə "Fluminense" (Braziliya), "Əl-Hilal" (Səudiyyə Ərəbistanı), "Palmeyras" (Braziliya), "Çelsi" (İngiltərə), PSJ (Fransa), "Bavariya" (Almaniya) yüksəlib. Bu mərhələnin sonuncu iştirakçısı "Borussiya" - "Monterrey" matçının qalibi olacaq. Bu cütün qalibi "Real" ilə qarşılaşacaq.

Turnirin finalı iyulun 13-də keçiriləcək.

Seçilən
11
3
report.az

10Mənbələr