2025-ci il Klublararası Dünya Çempionatının 1/8 final mərhələsinin “Real Madrid” və “Yuventus” arasında keçirilən oyunu başa çatıb.
90deqiqe.Az-ın məlumatına görə, Mayamidəki (ABŞ) "Hard Rock Stadium"unda keçirilən qarşılaşma 1:0 hesabı ilə "Real"ın xeyrinə başa çatıb.
54-cü dəqiqədə oyunda yeganə qolu Trent Alexander-Arnoldun ötürməsindən "Real Madrid"in hücumçusu Qonsalo Torres vurub.
Yarışın 1/4 final mərhələsində "Kral klubu" Dortmund "Borussiya"sı - "Monterrey" cütünün qalibi ilə qarşılaşacaq. Hazırda “Palmeyras”, “Çelsi”, PSJ, “Bavariya”, “Fluminense” və “Əl-Hilal” klubları da klublararası dünya çempionatının növbəti mərhələsinə yüksəlib.