AZ

"Çelsi" Nkunkunun satışından 41 milyon avro qazanmaq istəyir

“Çelsi” klubu hücumçu Kristofer Nkunkunun yay transfer dönəmində satışından əldə etməyi planlaşdırdığı məbləği müəyyənləşdirib.

90deqiqe.Az-ın “Metro” nəşrinə istinadən yaydığı xəbərə görə, “zadəganlar” 27 yaşlı futbolçunun transferindən təxminən 41 milyon avro gəlir əldə etməyi hədəfləyir. Nkunku özü də qarşıdakı mövsümdə klubda qalmaq niyyətində deyil.

Qeyd edək ki, fransalı futbolçu 2023-cü ilin yayında “Çelsi”yə keçib. O, geridə qalan mövsümdə bütün turnirlər üzrə 45 matçda meydana çıxaraq 15 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun London klubu ilə mövcud müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalı onun bazar dəyərini 35 milyon avro olaraq göstərir.

Seçilən
36
50
90deqiqe.az

10Mənbələr