“Əl-İttihad”ın hücumçusu Kərim Benzema şəxsi həyatı ilə gündəmə gəlib.
90deqiqe.Az-ın “RMC Sport”a istinadən məlumatına görə, fransalı ulduz futbolçu aktrisa Lina Kudri ilə ailə qurmağa hazırlaşır. Cütlüyün toyu iyulun əvvəlində Korsikada baş tutacaq.
Fransız mətbuatı bu nikahın futbolçunun karyerasının sonuna işarə ola biləcəyini yazır.
Hazırda “Əl-İttihad”la 2026-cı ilin yayına qədər müqaviləsi olan Benzema ildə 100 milyon avro qazanır. Lakin iddialara görə, o, yaxın vaxtlarda peşəkar futboldan ayrılaraq Madrid “Real”ının ərəb ölkələri üzrə səfiri təyin oluna bilər.
Qeyd edək ki, 32 yaşlı aktrisa ilə Benzema ilk dəfə bu ilin mayında Kann Kino Festivalında birlikdə görüntülənmişdi.
Xatırladaq ki, Benzema “Real”da 2009–2023-cü illər aralığında çıxış edib.