AZ

Qadınların PENSİYA YAŞI ARTIRILDI - Azərbaycanda qadın və kişilərin pensiya yaşı nəyə görə eyniləşdirilir?

Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 6 ay artırılır.

 

1 iyul 2025-ci il tarixindən qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq.

 

Qeyd edək ki, “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var. Kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılmalıdır.

 

Beləliklə, 2021-ci il iyulun 1-dək kişilərin pensiya yaşı 65 il olub. 2027-ci il iyulun 1-dək qadınların da pensiya yaşı 65 il olacaq.

 

İqtisadçı-ekspert Natiq Cəfərli Referans-a açıqlamasında bu haqda danışıb.

 



“Bu bir neçə il əvvəl qəbul olunmuş qanunun növbəti dəfə yerinə yetirilməsidir. Hazırda hər il qadınların pensiya yaşına 6 ay əlavə olunmaqla qadınların və kişilərin pensiya yaşı eyniləşdirilir. Təəssüflər olsun ki, həmin dövrdə bu qanunun qəbul olunması ilə bağlı müzakirələr çox da ciddi olmadı. Bu qanunun qəbulu üçün səbəb kimi həmin dövrdə hökümət demoqrafik vəziyyəti və dünya praktikasını göstərirdi. Amma bu doğru yanaşma deyil. Çünki Azərbaycanda demoqrafik vəziyyətə baxdıqda dünyada gedən proseslərin əksini görürük. Hələ ki bizdə vəziyyət o qədər də pis deyil ki, buna görə pensiya yaşını artırmaq lazım gəlsin”.

 

Fidan Vəlisoy 

Seçilən
29
32
referans.az

10Mənbələr