BAKI, 1 iyul. TELEQRAF
“Bütün ermənilərin katolikosu öz vəzifəsini tərk edəcək, bu, zaman məsələsidir”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.
“Mən Ktriç Nersisyanı (II Qaregin) tez bir zamanda vəzifəsindən getməyə çağırıram, xahiş edirəm. Bu hekayə nə qədər uzun sürsə, bu, ona və ölkəmiz üçün o qədər sərfəli olmayacaq”, - spiker jurnalistlərlə söhbətində deyib.
Alen Simonyanın sözlərinə görə, katolikos öz postundan ayrılacaq, bu, zaman məsələsidir:
“Xahiş edirəm, qoyun getsin”.