AZ

Evlənənlər həm də psixoloji müayinədən keçəcəklər? AÇIQLAMA

ain.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Evlilik qərarı verən şəxslər əvvəlcə psixoloji müayinədən keçməlidirlər”. 

Bu sözləri ailə psixoloqu İlhamə Mustafayeva “Cebheinfo.az”-a açıqlamasında deyib. O bildirib ki, bu məsələ gündəmə gəlməlidir: 

“Bəzən insanlar evlənəndən sonra həyat yoldaşlarının psixopat olduğunu görürlər. Belə şəxslər əsasən narsist və şiddətə meyilli olurlar. 

Üstəlik, evlənənə qədər özlərini gizləməyi bacarırlar. Bu şəxslər qadını əldə etmək üçün özlərini mükəmməl aparır, ona hədiyyələr alır və həyatın ən gözəl vədlərini verirlər. 

Lakin evlənəndikdən sonra qadını bir evə “həbs” edirlər. Onun bütün sosial çevrəsindən belə məhrum edirlər. Ona görə də evlilikdən əvvəl psixoloji diaqnostika vacibdir. Həmin insanların aşkarlanması çox mühümdür”. 

Ekspert bu prosedurun necə ola biləcəyindən danışıb: 

“Əvvəlcə, nikaha girəcək cütlük psixoloji testlərdən keçməlidirlər. Nəzərə almaq lazımdır ki, müxtəlif psixoloji pozuntulardan əziyyət çəkən insanlar var. 

Buna rəğmən, onlarla evli olan qadınlar təkbaşına uşağa necə baxacaqları və ətrafın nə deyəcəyi kimi amilləri düşünürək evliliklərini davam etdirirlər. Bu isə onların bir ömür boyu çətin bir həyat yaşamasına səbəb olur. 

Ümumiyyətlə, psixoloji problemi olan insanlar ailə qurmadan əvvəl mütləq şəkildə terapiya almalıdırlar”. 

İlhamə Mustafayeva onu da diqqətə çatdırıb ki, evlənəcək şəxslər psixoloq və psixatr müayinəsindən də keçməlidirlər: 

“Onlar psixoloq və psixatr müayinəsindən keçməlidirlər. Daha sonra isə psixiatr diaqnoz qoymalıdır. Həmçinin, digər diaqnostika üsullarını da tətbiq etmək olar. Bütün bunlar bir proqram çərçivəsində olmalıdır”. 

Həmsöhbətimiz hesab edirlər ki, evlənəcək şəxslər ailə kurslarına da cəlb oluna bilərlər: 

“Çünki çox insan ailədəki vəzifə və öhdəliklərini bilmir. Bir çox şəxs ailə qurandan sonra da subay kimi davranmağa davam edir. Onlar sanki evləndiklərini dərk edə bilmirlər. Hərçənd ki, artıq məsuliyyətli olduqlarının fərqində olmalıdırlar. 

Bu səbəbdən də ailə kurslarına ehtiyac var. Orada evlənəcək şəxslərə ailənin, evliliyin nə olduğu ətraflı şəkildə başa salınmalıdır. Evlənəcək gənclər bu kurslar sayəsində xoşbəxt olmaq üçün öhdəlik və vəzifələrin olduğunu anlayacaqlar. Əslində, ailə psixoloqları da bunu təklif edirlər.

Mən də düşünürəm ki, nikaha daxil olmadan əvvəl gənclər ən azından bir aylıq ailə kursu keçməlidirlər. Beləliklə, onlar ailəyə və öhdəliklərinə qarşı hazırlıqlı olacaqlar. Bu, çox vacibdir”.

Elmir Mustafa 

“Cebheinfo.az”

Açar sözlər:

Evlilik psixoloq İlhamə Mustafayeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
50
cebheinfo.az

10Mənbələr