AZ

Hər 3 qadından biri bu problemi yaşayır- Psixoloqdan XƏBƏRDARLIQ

Statistikaya görə, hər üçüncü qadın küçədə xoşagəlməz davranış və qeyri-etik hərəkətlərlə qarşılaşır. Lakin bir çoxu belə hallarda necə davranacağını bilmir.

News24.az xəbər verir ki, bu barədə psixoloq Tatyana Lyubina “İzvestiya”ya müsahibəsində danışıb. O, küçə təcavüzündən qorunmağın effektiv yollarını açıqlayıb: 

“Ən vacib qayda – susmamaqdır. Sərhədlərinizi aydın və qəti şəkildə bildirin.  Əgər özünüzü təhlükədə hiss edirsinizsə, mütləq başqalarının diqqətini cəlb etməyə çalışın. Məsələn, qışqırın və ya ətrafdakılardan polisə zəng etmələrini xahiş edin”, – deyə o xəbərdarlıq edib. 

Tatyana Lyubina sübutların toplanmasının da önəmini vurğulayıb. Onun sözlərinə görə, vəziyyət gərginləşərsə, hadisəni telefonla video və ya audio şəklində qeydə almaq vacibdir. Bu materiallar hüquq-mühafizə orqanlarına müraciət zamanı sübut kimi təqdim edilə bilər. Üstəlik, çəkiliş faktı çox zaman təcavüzkarı dayandırır.

Hadisədən sonra psixoloq qadınlara tək qalmamağı və mütləq şəkildə psixoloji dəstək almağı tövsiyə edir: 

“Yaxınlarınıza və ya ixtisaslaşmış yardım mərkəzlərinə müraciət edin. Əgər təcavüz internet mühitində baş veribsə, bütün yazışma və görüntülərin skrinşotlarını saxlayın – onlar polisə müraciət zamanı sübut kimi istifadə oluna bilər. Ən önəmlisi isə unutmayın: təcavüzə məruz qalmağınız sizin günahınız deyil. Nə günün vaxtı, nə də geyiminiz buna əsas ola bilməz. Təcavüzkar öz hərəkətlərinə görə tam məsuliyyət daşıyır”,-deyə o vurğulayıb.

Nigar İlyasqızı


Seçilən
2
50
news24.az

10Mənbələr