İt sahibləri tez-tez eyni səhvləri edirlər: tərbiyə əvəzinə ərköyünlük, məşq əvəzinə isə sadəcə intuisiya.
News24.az Lent.az-a istinadən xəbər verir ki, bu yanaşmanın nəticələri adətən itin “yeniyetməlik dövründə” özünü göstərir – artıq davranışı formalaşdırmaq yox, düzəltmək lazım gəlir.
Səhv №1 – İti insanlaşdırmaq
“İnsanlar itinə ‘uşağım’ deyirlər, onu həddindən artıq ərköyünləşdirirlər, ona insan emosiyalarını aid edirlər: ‘Belə baxır, deməli bədbəxtdir. Gərək ona bir konserv də verim”.
Bu yanaşma həm itə, həm də onun sahibiylə olan münasibətə zərər verir. İnsanlar unudurlar ki, it nə insan, nə də oyuncaqdır. Onun təhlükəsizliyi üçün dəqiq sərhədlərə və qaydalara ehtiyacı var.
“Doğru tərbiyədən sonra sizə əmrlər belə lazım olmayacaq. Bir-birinizi baxışlarla, jestlərlə, reaksiyalarla anlayacaqsınız”.
Səhv №2 – “Qoy uşaq kimi böyüsün” düşüncəsi
Bir başqa geniş yayılmış səhv – tərbiyəni “sonra üçün” saxlamaqdır. Halbuki it çox tez böyüyür və yeniyetməlik dövründə artıq davranış problemləri formalaşmış ola bilər. İti iki aylığından tərbiyə etmək lazımdır. Üç aylığında gəlibsə – problem deyil, amma dərhal məşqə başlamaq lazımdır. Və həyat boyu gündəlik davranış qaydalarını qorumaq vacibdir.
Təkbaşına yoxsa məşqçi ilə?
Əgər insanın təcrübəsi və anlayışı varsa, iti özü də tərbiyə edə bilər. Amma ehtiyac yaranarsa, mütəxəssisə müraciət etməkdə fayda var.
Loktionov hətta iti almağa qərar verməmişdən öncə mütəxəssisə müraciət etməyi məsləhət görür. Məsələn, bir ailənin balaca uşağı olduğu halda Cənubi Afrika burbulu kimi iri və aqressiv bir cins almaq istəməsini xatırladır. Aleksey isə onlara ailəyə daha uyğun bir cins seçməyə kömək etmişdi.
Təkcə iti deyil, özünü də tərbiyə et
Hər hansı məşq prosesində insanın öz itini başa düşməyi, onunla düzgün ünsiyyət qurmağı öyrənməsi vacibdir. Problem olan yerdə isə – sahibi də tərbiyə olunmalıdır. O həmçinin insanlara hər istəyə görə itlərinə sığal çəkilməsinə icazə verməməyi öyrədir – çünki bu, hər zaman ev heyvanı üçün faydalı olmur.