"Sabah"ın Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi "Selye" heyətinə yeni futbolçu qatıb.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Sloveniya təmsilçisi Jan-Lyuk Lebanı transfer edib. 22 yaşlı qapıçı ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Lebanın son klubu "Everton" olub. İngiltərə təmsilçisinin U-21 komandasının formasını geyinən sloveniyalı qolkiper bu ilin yanvarında kollektivi tərk edib.
Xatırladaq ki, "Sabah"la "Selye" arasında ilk görüş iyulun 10-da Bakıda, cavab matçı isə iyulun 17-də Sloveniyada olacaq.