AZ

Qırğızıstanın Azərbaycanla uzunmüddətli sazişin bağlanmasına hədəflənib - Nazir müavini (ÖZƏL)

Ağdam. Trend:

Qırğızıstanın Mədəniyyət, İnformasiya və Gənclər SiyasətiNazirliyi Azərbaycanla uzunmüddətli sazişin bağlanmasınahədəflənib.

Bunu Trend-əQırğzısıtanın Mədəniyyət, İnformasiya və Gənclər Siyasəti Nazirininmüavini Soyuzbek Nadırbekov İqtisadi Əməkdaşlıq TəşkilatınınAğdamda keçirilən “Dayanıqlı və iqlimə davamlı gələcəyinqurulmasında gənclərin rolunun gücləndirilməsi” mövzusunda GənclərForumu çərçivəsində açıqlamasında deyib.

“Azərbaycanın Gənclər və İdman Nazirliyi ilə gənclər siyasətisahəsində bir sıra sazişlərin üzərində iş aparılır. Biz məhzuzunmüddətli əməkdaşlığa köklənmişik, birdəfəlik təşəbbüslərə yox.Hal-hazırda bizim nazirlik müvafiq sazişlər, Azərbaycan və bir sırabaşqa ölkələrlə tərəfdaşlıq memorandumlarının layihələrinihazırlamaqdadırlar. Ümumi görüşlər çərçivəsində biz bu sənədləriAzərbaycan tərəfinə təklif etməyi planlaşdırırıq”,- deyə obildirib.

Nazir müavini qeyd edib ki, Qırğızıstan və Azərbaycan gənclərsiyasəti sahəsində fəal əməkdaşlıq edir, hər iki ölkənin gənclərimüxtəlif birgə platformalarda mütəmadi olaraq qarşılıqlı əlaqədəolur.

“İstərdik ki, ölkələrimizin gəncləri vahid ümumi platformadabirləşsin, bu elə bir məkan olsun ki, onlar orada görüşə, inkişafedə, tanış ola və möhkəm əlaqələr qura bilsinlər. Bizcə, məhz buməsələlərlə hər iki ölkənin aidiyyəti qurumları məşğul olmalıdır”,– deyə o vurğulayıb.

Onun sözlərinə görə, gələn il Qırğızıstanda Altıncı Dünya KöçəriOyunları keçiriləcək. Bu oyunlar iki ildən bir keçirilir və ötən ilQazaxıstanın paytaxtı Astana şəhərində baş tutub.

“Biz beynəlxalq könüllüləri cəlb etməyi planlaşdırırıq vəəlbəttə, Azərbaycan gənclərinin də iştirakına ümid edirik. Buoyunlar etnomədəni istiqamətdədir və bir növ Olimpiya oyunlarınaalternativdir. Azərbaycanlı dostlarımızı və qonaqlarımızı bulayihənin iştirakçıları arasında görmək çox xoş olardı”, – deyəNaıdırbekov əlavə edib.

Məqalədə:
Seçilən
0
50
az.trend.az

10Mənbələr