Bu ilin ilk beş ayının nəticələrinə görə, "Renault" şirkətinin istehsal etdiyi "Clio" modeli Avropa avtomobil bazarının ən çox satılan avtomobili olub.
Valyuta.az xəbər verir ki, bu barədə "Focus2Move" analitik portalı məlumat yayıb.
Fransa istehsalı olan "Renault Clio" 1990-cı ildən bəri istehsal olunur və illərdir Avropa yollarında ən çox rast gəlinən modellərdən biri hesab olunur. Ötən ilin eyni dövrü ilə müqayisədə modelin satışları 7,7% artıb.
"Renault Clio"nu "Dacia Sandero" və "Volkswagen T-Roc" modelləri izləyir. Ötən il "Dacia Sandero" reytinqin zirvəsində olsa da, bu il satışlarda 8,4% azalma müşahidə olunub.
Avropa bazarının ilk 10-luğu belədir:
1. Renault Clio (+7,7%)
2. Dacia Sandero (−8,4%)
3. Volkswagen T-Roc (+0,3%)
4. Volkswagen Golf (−16,7%)
5. Volkswagen Tiguan (+11,8%)
6. Dacia Duster (+7,1%)
7. Citroen C3 (−10,9%)
8. Opel Corsa (+7%)
9. Toyota Yaris (−12,9%)
10. Peugeot 2008 (+2,5%)
Paşa Məmmədli