ain.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.
“Renault Clio” hetçbeki 2025-ci ilin mayında Avropa avtomobil bazarının lideri olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat “JATO Dynamics” tədqiqat şirkətinin hesabatında öz əksini tapıb.
Hesabata görə, yazın sonunda Avropada “Renault Clio” satışları 21 min 163 avtomobil təşkil edib ki, bu da ötən ilin may ayı ilə müqayisədə 12% çox olub.
İkinci yerdə satışları 3% artaraq 19 min 948 ədədə çatan “Dacia Sandero” hetçbeki qərarlaşıb.
Üçüncü yeri isə 18 min 420 avtomobillə (-10%) “Volkswagen T-Roc” krossoveri tutub.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.