ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.
İranın Ermənistandakı səfiri Mehdi Sobhani İsrailin İrana mümkün hücumları üçün Azərbaycan ərazisindən istifadə oluna biləcəyi ilə bağlı son açıqlamalarından sonra ritorikasını yumşaldıb.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Ermənistan mediası xəbər yayıb.
Ötən həftə keçirilən mətbuat konfransında Sobhani "kəşfiyyat məlumatları"na istinad edərək bəyan etmişdi ki, İran İslam Respublikasının ərazisinə bir sıra kiçik PUA-lar qonşu ölkələrdən daxil olub. O, bunun ardınca söhbətin Azərbaycandan getdiyinə işarə edərək qeyd etmişdi ki, "İran Prezidenti Məsud Pezeşkian bu məsələ ilə bağlı Azərbaycan Prezidenti "dən çox ciddi araşdırma aparmağı xahiş edib".
Bu gün isə diplomat bildirib ki, Azərbaycan ərazisindən istifadə olunduğuna dair rəsmi məlumat hələ ki yoxdur və yalnız KİV-in yaydığı məlumatlara əsaslanmaq doğru olmaz.
Bundan əlavə, Sobhani qeyd edib ki, Tehran Bakıdan Azərbaycanın ərazisindən İrana qarşı zərbələr endirilməsinə icazə verilməyəcəyi barədə təminat alıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.