ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.
"Xankəndiyə regionun müxtəlif ölkələrindən tələbələrin gəlməsi, təhsil alması vacibdir".
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Baş katibi Əsəd Məcid Xan Prezident İlham Əliyevin təşəbbüsü ilə Ağdamda ilk dəfə keçirilən ECO Gənclər Forumunda deyib.
O, Qarabağ Universitetinin rektorunun təklifi ilə tələbə mübadiləsində maraqlı olduqlarını da bildirib.
Baş katib vurğulayıb ki, Azərbaycanın göstərdiyi keyfiyyətli liderlik nümunəsi gənclərin regional işlər məsələsinə qatılmasına imkan yaradır:
"ECO regiona aid olan dövlətlərin inkişafında rol oynayır. Regionun gələcəyini birgə formalaşdırmalıyıq. Gənclərin bura qoşulması işimizi daha da asanlaşdıracaq. ECO gənclərin sadəcə passiv iştirakçılar deyil, ümumi məqsəd və istəklərinin formalaşmasında və həyata keçirilməsində fəal lider olmalarını təmin etmək niyyətindədir. Bunun üçün şüurlu addımlar atmalıyıq".
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.