AĞDAM, 1 iyul. TELEQRAF
Ağdamda ECO Gənclər Forumu çərçivəsində "Yüksək Səviyyəli Perspektivlər: “Regional inkişafda gənclərin rolu” mövzusunda panel müzakirə keçirilib.
Teleqraf-ın Ağdama ezam olunmuş əməkdaşı xəbər verir ki, Gənclər və İdman Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Zərifə Zülfüqarovanın moderatorluğu ilə keçirilən müzakirədə Qırğızıstanın Mədəniyyət, İnformasiya və Gənclər Siyasəti nazirinin birinci müavini Soiuzbek Nadyrbekov, ECO Təhsil İnstitutunun rəhbəri Mehmet Akif Kireççi, ECO Elm Fondunun rəhbəri Sayed Komail Tayabi, Azərbaycan Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq İdarəsinin rəisi Elmar Məmmədov və ECO-nun Özbəkistandan olan Gənclər Nümayəndəsi Şahnozaxon Raxmanova iştirak ediblər.
Azərbaycan Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq İdarəsinin rəisi Elmar Məmmədov çıxışı zamanı Azərbaycanın COP29 çərçivəsində Qlobal Bakı Təşəbbüsü ilə çıxış etdiyini xatırladıb.
O bildirib İqtisadi Əməkdaşlıq Təşkilatı çağırışların dəstəklənməsi üçün Asiya İnkişaf Bankından dəstək ala bilər.
ECO Təhsil İnstitutunun rəhbəri Mehmet Akif Kireççi isə təhsildə müasir çağırışlardan bəhs edib. O bildirib ki, xüsusilə,sosial şəbəkələr, süni intellekt ənənəvi təhsil modellərinin dəyişməsinə bir çağırışdır.
Qırğızıstanın Mədəniyyət, İnformasiya və Gənclər Siyasəti Nazirinin birinci müavini cənab Soiuzbek Nadyrbekov isə Forum iştirakçılarına müraciət edib.
Qeyd edilib ki, Ağdamda keçirilən Gənclər Forumu ideyaların başlanğıcına çevrilməlidir.
Daha sonra sessiya müzakirələrlə davam edib.